Bu gün Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlunun görüşü keçirilir.
"Görüş təkbətək formatda keçirilir", - deyə Azərbaycan XİN-in Twitter hesabında qeyd olunur.
Xəbər verildiyi kimi, M.Çavuşoğlu ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Azərbaycanda birgünlük səfərdədir.*
A.Əzizov