Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın FETÖ ardıcılları ilə mübarizədə Qırğızıstana yardım etməyi planlaşdırdığını bildirib.
"FETÖ müxtəlif ölkələrdə məktəblər açır. Lakin heç də bütün ölkələr onların fəaliyyətinin qarşısını vaxtında ala bilməyib. Məsələn, Qırğızıstan. Qırğızıstan da bizə qardaş ölkədir. Bu mübarizədə onlara kömək etmək lazımdır", - deyə o, Bakıda mətbuat konfransında qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycan sübut etdi ki, təkcə yaxşı gündə deyil, pis gündə də Türkiyənin yanındadır.*
özlərinə görə, Ankara və Bakı avqustda Qırğızıstanda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitinə hazırlıq çərçivəsində birgə işlər görür.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Bakı və Ankara müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin qarşılıqlı maraqlarını müdafiə edir.*
F.İsazadə