Nazirlər Kabineti “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”də qeyd olunmuş “Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri”ni təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin qərarının mətninda qeyd olunur ki, sözügedən sazişə 5-ci əlavədə qeyd olunmuş Azərbaycan hökumətinin təminat və öhdəlikləri təsdiqlənir.*
N.Abbasova