Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda bank VTB (Azərbaycan)-ın idarəheyətinin sədri Yevgeni Kirin iqtisadiyyatın müxtəlif sahələrindəfəaliyyət göstərən iri şirkətlərin rəhbərliyi iləbir sıra işgüzar görüşlər keçirib.
Tədbir zamanı Grand Motors, Azərbaycan Nar İstehsalçıları vəİxracatçıları Assosiasiyası, kənd təsərrüfatı avadanlıqlarının istehsalçısı olan MASCHIO GASPARDO (Rusiya), Azərbaycanda İxracın vəİnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri iləgörüşlər təşkil olunub. Tərəflər arasında aqrar, sənaye, neft-qaz, tikinti vədigər sahələrdəəməkdaşlıq perspektivləri müzakirəedilib.
Azərbaycan vəİtaliya prezidentlərinin iştirakı iləkeçirilən biznes-forumda 350 qədər sahibkar iştirak edib.
“Biz sahibkarlara bazarın tələbatına uyğun sərfəli məhsullar təklif edirik. Bank şirkətlərin fəaliyyət spesifikasını nəzərəalaraq hüquqi şəxslərin kreditləşməsini, o cümlədən sərmayəlayihələrinin reallaşması üçün vəsait ayırır. Bundan başqa, beynəlxalq qrupun üzvü kimi VTB (Azərbaycan) ixracatçı-müştərilərə Rusiya vəVTB-nin mövcud olduğu digər ölkələrdəticarət şəbəkələri vəyeni tərəfdaşlara vasitəçi olmadan çıxış imkanı verir”- deyə, bank VTB (Azərbaycan)-ın idarəheyətinin sədri bildirib.