30 iyun 2018-ci il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 8 mlrd. 19,3 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
2017-ci ilin sonuna banklarda əhalinin əmanətləri 7 mlrd. 542,5 mln. manat məbləğində qiymətləndirilib. Beləliklə, cari ilin yanvar-iyun aylarında əhalinin bank əmanətləri 6,3% artıb.
İyun ayında əhalinin əmanətləri 227,4 mln. manat və ya 2,9% artıb.
İyunun 30-na əhalinin bank əmanətlərinin strukturunda müddətli əmanətlərin həcmi 5 mlrd. 692,7 mln. manat (yanvar-iyun aylarında artım 9,7% - İF), tələbli əmanətlərin həcmi 2 mlrd. 326,6 mln. manat (azalma 1,2%) təşkil edib.
2018-ci il iyun ayının sonuna banklarda hüquqi şəxslərin depozitləri 9 mlrd. 233,9 mln. manat (yanvar-iyun aylarında azalma 1,3%) məbləğində olub.
Keçən ayın 30-na banklarda əmanət və depozitlərin ümumi həcmi 17 mlrd. 253,2 mln. manat (artım 2,1%) təşkil edib.*
A.Əzizov