2018-ci il iyunun 30-na “Bank BTB”nin aktivləri 299,449 mln. manat təşkil edir. Bu barədə bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2017-ci il tarixinə bankın aktivləri 268,77 mln. manat məbləğində olub. Beləliklə, “Bank BTB” cari ilin I yarısında aktivlərini 11,4% artırıb.
2018-ci il iyunun 30-na bankın kredit portfeli 189,556 mln. manat (yanvar-iyun aylarında artım 44,8% - İF) təşkil edib.
Hesabat dövrünün sonuna bankın kapitalı 54 mln. 874,86 min manata bərabərdir və tənzimləyicinin minimal tələblərinə cavab verir.
“I yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 1 mln. 47,91 min manata bərabər olub ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 9 dəfəyədək çoxdur", - deyə məlumatda qeyd olunur.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
A.Əzizov