Prezident İlham Əliyev Göyçay rayonunda avtomobil yolunun tikintisi və yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 8 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Cəyirli-Alpout avtomobil yolu iyirmi bir min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir.
Vəsait 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam iyulun 26-da dövlət başçısının saytında dərc olunub.*
A.Əzizov