SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ilin I yarısında 3,7 mln. ton neft hasil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
I yarımillikdə Azərbaycan üzrə 19,38 mln. ton neft hasil olunub ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 1,2% çoxdur.
SOCAR-ın məlumatına görə, cari ilin II rübündə şirkət tərəfindən 1,9 mln. ton neft hasil olunub ki, bu da I rübün göstəricisindən 3,6% çoxdur.
2017-ci ildə SOCAR 7 mln. 427,1 min ton neft hasil edib ki, bu da həmin dövrdə ölkədə hasil olunmuş neftin 19,2%-ni təşkil edib.*
N.Abbasova