SOCAR 2018-ci ilin I yarısında 3,2 mlrd. kubmetr qaz hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, cari ilin yanvar-iyun aylarında SOCAR tərəfindən 2 mlrd. 954,9 mln. kubmetr qaz hasil olunub. Beləliklə, I yarımillikdə şirkət qaz hasilatını 8,5% artırıb.
“2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan üzrə 14,36 mlrd. kubmetr (artım 1,6% – İF-Az) qaz hasil olunub. «II rübdə SOCAR 1,66 mlrd. kubmetr qaz hasil edib ki, bu da I rübün göstəricisindən 5,29% çoxdur», - deyə məlumatda qeyd olunur.
2017-ci ildə SOCAR 6 mlrd. 89 mln. kubmetr qaz hasil edib ki, bu da Azərbaycanda qaz hasilatının ümumi həcminin 21,3%-ni təşkil edib.*
N.Abbasova