Rusiya və Azərbaycan Xarici İşlər nazirlikləri bu gün Bakıda keçirilən məsləhətləşmələr çərçivəsində beynəlxalq təşkilatlarda əməkdaşlığın konturlarını müəyyən edib. Bunu RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Dəvətə görə azərbaycanlı həmkarlarıma təşəkkür edirəm. Əməkdaşlığımız ənənəvi hal alıb. Biz müxtəlif məsələlərə dair fikir mübadiləsi apardıq, bu, həyata keçirdiyimiz işlərin inventarlaşdırılması üçün əla imkandır. Daha intensiv şəkildə fikir mübadilələri aparmaqla bağlı razılığa gəldik, beynəlxalq təşkilatlarda əməkdaşlığın konturlarını müəyyən etdik”, - deyə o, bu gün Bakıda brifinqdə bildirib.
RF XİN nümayəndəsinin sözlərinə görə, Rusiya vasitəçi ölkə kimi Qarabağ münaqişəsinin həllində effektiv və konstruktiv yanaşma sərgiləyib.
"RF mövzunu gözəl anlayır. Münaqişənin həlli üzrə müxtəlif səviyyələrdə görüşlər keçirilr. Biz Bakı və İrəvan arasında iki tərəfin razılaşdırdığı və konstruktiv keçən istənilən görüşü alqışlayırıq", - deyə M.Zaxarova əlavə edib.*
F.İsazadə