Azərbaycan və Rusiyanın Xarici İşlər nazirlikləri xarici siyasətin informasiya təminatı məsələlərinə dair məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlib.
Azərbaycan XİN-in məlumatına görə, bu qərar bu gün Bakıda keçirilən məsləhətləşmələrin yekunları üzrə qəbul olunub.
Məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev,Rusiya tərəfindən isə XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik edib.
“Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olunub. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilibvə qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparılıb. Bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.*
F.İsazadə