İyul ayının 23-nə olan məlumata əsasən Azərbaycanda 2833,4 min ton taxıl məhsulu yığılıb, məhsuldarlıq 29,1 sentnerə bərabər olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
“Payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılıb. Yığılmış məhsulun 1895,3 min tonu buğda, 913,3 min tonu arpa, 24,8 min tonu digər dənli və dənli paxlalı bitkilərdir.
Şəki rayonunda 216,7 min ton, Cəlilabadda 156,5 min ton, Kürdəmirdə 136,4 min ton, Neftçalada 121,9 min ton, Füzulidə 108,2 min ton, Ağcabədidə 107 min ton taxıl istehsal edilib.
“Respublikanın 11 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb”, - deyə məlumatda bildirilir.
Ölkənin 29 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olub. Ən yüksək məhsuldarlıq Bərdə(40,5 sentner), Saatlı (40,3), Sabirabad (39,4), Tərtər (38,2), Ağdam (37,1), Ağcabədi (35,9), İmişli (35,8) və Beyləqan (34,4) rayonlarında olub.*
A.Əzizov