Ermənistan Türkiyə ilə ilkin şərtlər olmadan diplomatik münasibətlər qurmağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Türkiyə Ermənistanla sərhədi bağlayıb. Ermənistan tərəfdən isə sərhəd açıqdır. Türkiyə sərhədin açılması haqqında qərar qəbul etməlidir. Ermənistan Türkiyə ilə ilkin şərtlər olmadan diplomatik münasibətlər qurmağa hazırdır", - deyə N.Paşinyan “Talk to Al Jazeera “proqramına müsahibəsində bildirib.
O, həmçinin vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. "Biz sülh danışıqlarına hazırıq. Mən Azərbaycan prezidenti İlham Əliyevlə görüşə hazıram. Amma vurğulamaq istəyirəm ki, bizi qorxutmaq istədikləri belə şəraitdə hər hansı addıma hazır deyilik", - deyə Ermənistanın baş naziri qeyd edib.*