Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncam imzalayıb.
Sərəncamın mətni cümə günü dövlət başçısının saytında dərc olunub.
Komissiyanın həmsədri Azərbaycan Respublikasının maliyyə naziridir.
O cümlədən, Komissiyaya xarici işlər nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, energetika nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, mədəniyyət nazirinin müavini, təhsil nazirinin müavini, səhiyyə nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, gənclər və idman nazirinin müavini, Dövlət Turizm Agentliyinin sədri, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Mərkəzi Bankı sədrinin müavini daxildir.
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın son iclası 2015-ci ilin dekabr ayında Ər-Riadda keçirilib. **
F.İsazadə