2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə ixrac $846,5 mln. təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Cari ilin birinci yarısında ixrac strukturunda əsas həcm pomidor ($140 mln.), qızıl ($60,7 mln.) və elektrik enerjisinin payına düşüb ($54,6 mln.).
Ümumiyyətlə 2018-ci ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz ixracı $276,7 mln. təşkil edib.
Hesabat dövründə qeyri-neft ixracı üzrə ilk beşliyə Rusiya (319,9 mln. dollar), Türkiyə (180,1 mln. dollar), Gürcüstan (74,1 mln. dollar), İsveçrə (69,3 mln. dollar) və Çin (23,9 mln. dollar) daxildir. Beləliklə, qeyri-neft ixracının 37,8%-i Rusiyanın payına düşüb.
2017-ci ildə Azərbaycandan qeyri-neft sektoru üzrə ixracın həcmi $1 mlrd. 538 mln. təşkil edib. **
N.Abbasova