Bazar ertəsi İrəvanda Ermənistan və İtaliya prezidentləri Armen Sarkisyan və Sercio Mattarella Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
“ATƏT-in sədri qismində İtaliya ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə səy göstərəcək”, - S.Mattarella A.Sarkisyanla danışıqların yekunlarına dair jurnalistlərə bildirib.
“Sülh danışıqlarının bərpa olunması üçün əlimizədn gələni edəcəyik. Nizamlanma ATƏT-in Minsk qrupu çərçivəsində hər kəs üçün məqbul və uzunmüddətli sülh naminə yalnız siyasi yolla əldə olunmalıdır”, - İtaliya prezidenti qeyd edib. **