Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqındafərman imzalayıb
Fərmana əsasən, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilir.
Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin nizamnamə fondu 300 min manat, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin nizamnamə fondu 500 min) manat təşkil edir. Agentliyin ilkin nizamnamə fondu 5 mln. manat təşkil edir. Agentliyin işçilərinin say həddi 69 ştat vahididir.
Azərbaycan prezidenti Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi, Agentliyin yenidən təşkil və ləğv edilməsi səlahiyyətlərini həyata keçirir.
Nazirlər Kabinetinə Agentliyin strukturunun və illik maliyyə hesabatlarının təsdiq edilməsi, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi tapşırılıb. **
F.İsazadə