“Dəniz Kuboku-2018” müsabiqəsində İran hərbi potensialını ABŞ-dan olan müşahidəçilərə nümayiş etdirəcək
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edən İran nümayəndə heyətinin rəhbəri, 1-ci ranq kapitanı Şahram Həbibi bəyan edib ki, İran tərəfi müsabiqədə müşahidəçi qismində ABŞ nümayəndə heyətinin iştirakına etiraz etmir.
“Biz etiraz etmirik. Qoy baxsınlar (Amerikanın nümayəndə heyəti - İF) və hərbi potensialımızı görsünlər, sonar öz ölkələrində ondan danışsınlar”, - Ş.Həbibi çərşənbə axşamı Bakıda mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Cari ilin iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır. **
F.İsazadə