“Sumqayıt Kimya Sənaye Parkı” MMC 2019-cu ildə SKSP-nin ərazisində logistika mərkəzinin yaradılmasına dair işlərə başlamağı planlaşdırır. Bu barədə MMC-nin direktoru Nazim Talıbov məlumat verib.
“Parkın ərazisində 10 hektar sahədə logistika mərkəzi yaradılacaq. Müvafiq layihə-smeta sənədlərin hazırlanması artıq başa çatıb, işlərə gələn il başlanılacaq”, - N.Talıbov bu gün jurnalistlərə bildirib.
Eyni zamanda, o, layihənin dəyərini qeyd etməyib.
N.Talıbovun sözlərinə görə, logistika mərkəzi Parkın ərazisində fəaliyyət göstərən istehsal müəssisələrindən məhsulların daşınmasında istifadə olunacaq.
“Ümimilikdə, logistika mərkəzi SKSP-nin rezidentlərinin ixrac-idxal əməliyyatlarında istifadə olunacaq”, - o əlavə edib. **
N.Abbasova