Bakı və İrəvan BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə ediblər.Bunu Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.
“ Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında görüşün keçirilməsinə dair prinsipial razılıq əldə olunub”, - H.Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN rəhbərləri BMT Baş Assambleyasının sessiyasından öncə də görüş keçirə bilərlər.
Eyni zamanda H.Hacıyev bu görüşün tarixi və keçiriləcəyi yeri dəqiqləşdirməyib.
Öncə nazir Elmar MəmmədyarovDağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində erməni həmkarı ilə yeni görüşə hazırlıq barədə bəyan edib. Onun sözlərinə görə, Ermənistan XİN başçısı ilə birinci görüş iyulun 11-də Brüsseldə keçirilib. "Biz bir neçə saat ərzində bir-birimizi tanımağa çalışdıq. Qarabağ münaqişəsinin həlli ilə bağlı Nalbandyan və Mnatsakanyanın baxışlarındakı fərqə gəlincə, deyə bilərəm ki, yeni nazir peşəkardır", - E.Məmmədyarov əlavə edib. **
F.İsazadə