Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanması komandanın müavini vitse-admiral Aleksandr Fedotenkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
“Görüşdə hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub və əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb”, - Müdafiə Nazirliyi qeyd edir.
Tərəflər həmçinin “Dəniz kuboku-2018” müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparıblar.
Cari ilin iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.**
A.Əzizov