Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhənin müxtəlif istiqamətlərində yerləşən bölmələrin döyüş qabiliyyətini yoxlayıb. Bu barədə nazirlikdən məlumat verilir.
“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar”, - məlumatda deyilir.
Müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib. “Z.Həsənov bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib”, - məlumatda bildirilir.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. **
N.Abbasova