Mənzil İnşaatı Dövlət Agentliyi 5 sentyabr 2018-ci il tarixində Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışına saat başlayacaq. Bu barədə MİDA-dan məlumat verilir.
“Mənzillərin satışı 5 dekabr tarixinədək davam edəcək. Satışa 324 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur”, - məlumatda deyilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
Mənizllərin vətəndaşın şəxsi hesabına alışı zamanı qiyməti aşağıdakı qaydada olacaq: 1 otaqlı mənzillərin qiyməti 26,932 min manat, 2 otaqlı mənzillərin qiyməti 42,554 min manat, 3 otaqlı mənzillərin qiyməti isə 59,063 min manat.
İpoteka və Kredit Zəmanət Fondunun təyin etdiyi 1 otaqlı mənzillərin qiyməti 29 925 manat, 2 otaqlı mənzillərin qiyməti 47 282 manat, 3 otaqlı mənzillərin qiyməti isə 65 626 manat təşkil edəcək. İpoteka zamanı ilkin ödəniçin məbləği mənzilin ümumi dəyərinin 10%-ni təşkil edəcək. İpoteka krediti 3 ildən 30 ilədək müddətə illik 4% dərəc ilə verilir. **
N.Abbasova