2018-ci il iyulun 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 541 mln. məbləğində qiymətləndirilir. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün mətbuat konfransında deyib.
2017-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları $5 mlrd. 334,6 mln. təşkil edib. Beləliklə, cari ilin yanvar-iyul aylarında AMB-nin valyuta ehtiyatları 3,9% artıb.
Xəbər verildiyi kimi, 2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.*
N.Abbasova