Azərbaycan prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri əsasında dövlət aqrar inkişaf mərkəzləri yaradılmasını tapşırıb.
İ.Əliyev çərşənbə günü müvafiq fərman imzalayıb.
Bu cür mərkəzlərin yaradılmasında məqsəd nazirliyinin yerli bölmələrinin vahid idarəçiliyinin təmin edilməsi və koordinasiyasının səmərəli təşkili, fermerlərlə işin gücləndirilməsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin istiqamətləndirilməsidir.
Fərman çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin əsasnaməsini təsdiq etçəli, onların fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı müvafiq sistemi qurmalıdır. **
A.Əzizov