ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 2-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Monitorinq Füzuli rayonu istiqamətində baş tutacaq.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik və onun səhra köməkçisi Gennadi Petrika keçirəcəklər. **
A.Əzizov