2018-ci ilin I yarısında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 15 mln. ton (180 mln. barel) neft hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABƏŞ-dən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin I yarısında AÇG blokundan 14 mln. ton (106 mln. barel) neft hasil olunub. Beləliklə, bu ilin yanvar-iyun aylarında sözügedən müqavilə sahəsindən neft hasilatı 7,1% artıb.
2018-ci ilin I yarısında şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% - $788 mln.-dək azaldıb. «Hesabat dövründə bu məbləğdən $236 mln.-u ABƏŞ-in AÇG layihəsi üzrə əməliyyat xərclərinin, $552 mln.-u əsaslı xərclərin payına düşüb», - məlumatda qeyd olunur.
Bu dövrdə orta sutkalıq neft hasilatı 596 min barel olub (2017-ci ilin birinci yarısında 585 min barel - İF-Az).
I yarımillikdə “Çıraq” platformasından sutkada 49 min barel (2017-ci ilin I yarısında sutkada 56 min barel - İF-Az), “Mərkəzi Azəri” platformasından 158 min barel (sutkada 129 min barel), ”Qərbi Azəri” platformasından 127 min barel (sutkada 116 min barel), “Şərqi Azəri” platformasından 96 min barel (sutkada 77 min barel), “Dərinsulu Günəşli” platformasından 107 min barel (sutkada 120 min barel), “Qərbi Çıraq” platformasından 59 min barel (sutkada 87 min barel) neft hasil olunub. **
N.Abbasova