Azərbaycan prezidenti İlham ƏliyevGədəbəy rayonunda avtomobil yolunun tikintisi ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 11,4 mln. manat ayırmağı tapşırıb.
Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolu on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.
Qeyd olunan vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə