Türkiyə parlamentində təmsil olunan 4 partiya birgə bəyanatla çıxış edərək Ankara barəsində Amerikanın sanksiyalarına qarşı çıxış edib. Bu barədə cümə axşamı “Hürriyet” qəzetində məlumat verilir.
“Xalqımızla həmrəylik ifadə edirik və “Amerikanın təhdidlərinə” “yox” deyirik”, - qəzetdə dərc olunan birgə bəyanatda deyilir.
Bu bəyanat hakim Ədalət və İnkişaf, Milli Hərəkat, İyi və müxalif Respublika Xalq partiyalarının nümayəndələri tərəfindən imzalanıb.
Öncə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, iki türk nazirləri barəsində tətbiq olunan sanksiyalar “cavabsız qalmayacaq”.
Dünən Ağ Evin nümayəndəsi Sara Sanders bildirib ki, ABŞ Türkiyənin ədliyyə naziri Abdulhamit Gülvə daxili işlər naziri Süleyman Soylu barəsində sanksiya tətbiq etməyə hazırlaşır.
Bu tədbirlər ABŞ vətəndaşları, həmçinin FETÖ təşkilatı ilə əlaqələrdə və 2016-cı il dövlət çevrilişi cəhdində iştirakda ittiham edilən pastor Endrü Bransonun Türkiyədə həbsdə saxlanılmasına cavab olaraq tətbiq olunacaq. **