Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə şərabçılıq sahəsində problemləri müzakirə edib. Bu barədə nazirlikdən məlumat verilir.
“Görüşdə şərab istehsalçılarının problemləri müzakirə olunub, problemlərdən həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Nazir assosiasiyaların fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyində Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin yaradıldığını qeyd edib.
O cümlədən, İ.Kərimov elmi nailiyyətlərin kommersiyalaşdırılması məsələsinə toxunub. Onun sözlərinə görə, hazırda nazirlik Aqrar Elmin İnkişafı Proqramı üzərində işlənildiyini qeyd edib.
Görüşdə şərab məhsullarının istehsalı və ixracı ilə məşğul olan 11 şirkətin nümayəndələri iştirak edib. **
F.İsazadə