Vaşinqtonun sanksiyaları altınadüşən Türkiyənin daxili işlər naziri Süleyman Soylu dövlət çevrilişi cəhdində ittiham olunan türk ilahiyyatçı Fətullah Gülənin FETÖ təşkilatını ABŞ-dakı “yeganə aktiv”i adlandırıb.
“Bizim Amerikada bir şirkətimiz var - FETÖ. Onu orada saxlamayacağıq. Onu geri götürəcəyik”, - nazir „Twitter”dəki səhifəsində yazıb.
Öncə Ağ Evdən məlumat verilib ki, ABŞ hakimiyyəti Türkiyədə həbsdə olan pastor Endrü Bransonun cinayət işi ilə əlaqədar Türkiyənin ədliyyə naziri Abdulhamit Gülvə daxili işlər naziri Süleyman Soylu barəsində sanksiya tətbiq etməyi qərara alıb. **