İqtisadiyyat naziri Şahin Mustafayev ikitərəfi ticarət-iqtisadi əlaqələrin inkişafı məqsədilə Hindistana birgə müəssisələrin təşkilini təklif edib.
Ş.Mustafayev və Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Bakıda iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Nazir Hindistanın işgüzar dairələrini Azərbaycanda yaradılmış sənaye parkları və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib”, - nazirliyin məlumatında deyilir.
Ş.Mustafayev bildirib ki, sənaye, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və s. sahələrində əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanlar böyükdür.
“Azərbaycan Hindistan ilə əməkdaşlığa önəm verir“, - məlumatda Ş.Mustafayevin sözlərindən sitat gətirir.
Öz növbəsində, S.Rana vurğulanıb ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistan üçün əhəmiyyətlidir.O, Azərbaycanın ixrac missiyasının Hindistana göndərilməsinin iqtisadi sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağını qeyd edib. **
F.İsazadə