2018-ci il sentyabrın əvvəlində “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılır. Bu barədə "Azərkosmos" ASC-nin sədriRəşad Nəbiyev məlumat verib.
“Hazırda “Azərkosmos” müştərilərinə ilk telekommunikasiya peyki “Azerspace-1” və “Azersky” peyki vasitəsilə xidmətlər göstərir. Lakin, cari ilin sentyabr ayında ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni orbitə çıxarmağı planlaşdırırıq”, - R.Nəbiyev Amerikanın “The John Batchelor Show” radio-şousunun efirində bildirib.
Onun sözlərinə görə, “Azərkosmos” müştəriləri sırasında internet provayderlər, mobil operatorlar, dövlət agentlikləri, Afrika ölkələrinin olan mədənçıxarma şirkətləri, Yaxın Şərq ölkələrinin dövlət idarələri, o cümlədən Mərkəzi Asiya və Avropa şirkətləri daxildir.
“Eyni zamanda, “Azersky” peyki vasitəsilə bir çox Amerika şirkətləri, həmçinin “Google” da daxil olmaqla, bütün dünya üzrə müxtəlif şirkətlərə xidmət göstəririk”, - o qeyd edib. **
N.Abbasova