Müğənni Emin Ağalarovun vəkili NBC telekanalına məlumat verib ki, Rusiyanın 2016-ci ildə ABŞ-dakı prezident seçkilərinə mümkün müdaxiləsini araşdıran amerikalı xüsusi prokuror Robert Müller müğənnini dindirmək istəyir.
E.Ağalarovun vəkili Skott Balber telekanala bildirib ki, hazırda xüsusi prokuror ilə mümkün dinləmələrə dair “danışıqlar aparır”, lakin “bunun necə təşkil olunacağını bilmir”.
NBC xatırladır ki, E.Ağalarov 2016-cı ildə Donald Trampın seçkiqabağı kampaniyası zamanı ABŞ prezidentinin oğlu - kiçik Tramp və rusiyalı hüquqşünas Natalya Veselnitskayanın görüşünün təşkilində iştirak edib.
Telekanal xəbərində R.Müllerin E.Ağalarovun atası - rusiyalı və azərbaycanlı iş adamı Araz Ağalarovun da dindirilməsinə cəhd etməsini dəqiqləşdirmir. İstintaqın fərziyyəsinə görə, A.Ağalarovun da kiçik Trampvə N.Veselnitskayanın görüşünə aidiyyatı olub.
Xüsusi prokurorun ofisi hələlik bu məlumatı şərh etməyib.