Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü bəyan edib ki, ölkəsinə qarşı Amerikanın sanksiyaları Vaşinqtona arzulanan nəticələrin əldə olunmasına kömək etməyəcək. Bu barədə “Anadolu” agentliyi məlumat verir.
“Əvvəldən demişik ki, təhdid və sanksiyalardan istifadə etməklə problemin həllini tapmaq mümkün olmayacaq”, - M.Çavuşoğlu amerikalı həmkarı Maykl Pompeo ilə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər arzulanan nəticələrin əldə olunmasına kömək etməyəcək və bu məsələyə dair Ankaranın mövqeyi ABŞ dövlət katibinə çatdırılacaq. “Düşünürəm ki, Amerika tərəfi Türkiyənin mövqeyni anlayıb”, - M.Çavuşoğlu əlavə edib.
“Dövlətlər arasında problemlər, fikir ayrılıqları ola bilər. Lakin Türkiyə hər zaman bu cür problemlərin diplomatiya, dialoq və qarşılıqlı anlaşma yolu ilə həllinə tərəfdardır”, - nazir vurğualyıb.
Eyni zamanda, o qeyd edib ki, görüş zamanı tərəflər dialoq və sıx əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər. **