Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM" Aqrar Məsələlər Baş İdarəsi arasında Niyyət Protokolu imzalanıb.
Sənədi Dövlət Toxum Fondunun sədri Emin Əliyev və “TİGEM" Aqrar Məsələlər Baş İdarəsinin baş direktoru İsmayıl Şanlı imzalayıblar.
"Sənədin imzalanmasında məqsəd Azərbaycanın aqrar sektorunda səmərəliliyin artırılmasıdır”, - deyə E.Əliyev qeyd edib.*
F.İsazadə