Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüş Rusiya XİN başçısı Sergey Lavrovun qrafikində nəzərdə tutulmayıb. Bunu RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"S.Lavrovun qrafikində belə görüş yoxdur, bu barədə mənə heç nə məlum deyil", - deyə o, bu gün keçirdiyi brifinqdə Z.Mnatsakanyanın S.Lavrovla görüşmək üçün Moskvaya səfər etməsi mümkünlüyünü şərh edərkən bildirib.*