2018-ci il iyulun 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 546,9 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 334,6 mln. təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-iyul aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 4% artıb.
İyul ayında AMB-nin valyuta ehtiyatları 0,62% və ya $34,2 mln. artıb.
Xəbər verildiyi kimi, 2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.**
A.Əzizov