Azərbaycan prezidenti İlham Əliyev sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə vəqəza vəziyyətinin aradan qaldırılması tədbirlərin davam etdirilməsi məqsədilə Meliorasiya və Su TəsərrüfatıASC-yə dövlət büdcəsindən 11 mln. 352 min manatın ayrılmasını tapşırıb.
Cümə günü İ.Əliyevin sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə vəqəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqındasərəncamı dövlət başçısının saytında dərc olunub.
Öncə 2018-ci ilin yanvar ayında prezident İ.Əliyev “Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri”nin icrası üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 5 mln. manat vəsait ayırıb.
Bu istiqamətdə tədbirlərin davam etdirilməsi məqsədi 11,352 mln. manat məbləğində vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
A.Əzizov