Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan benzin və dizel yanacağının 1 litri üçün rüsum $0,6 məbləğində müəyyən edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin 3 avqust tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzinin və (və ya) dizel yanacağının hər 1 (bir) litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumu alınır.
Rüsum Dövlət Gömrük Komitəsi və SOCAR-ın təklifi ilə tətbiq olunur.*
A.Əzizov