Azərbaycan gömrükçüləri Bakı-İstanbul aviareysi ilə getmək istəyən Türkiyə Respublikası vətəndaşından $19,5 min məbləğində vəsait götürüblər. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“Yoxlama zamanı sərnişinin pulqabında 1700 ABŞ dolları, çamadandakı şəxsi əşyaların arasında olan yaş salfet paketinin içərisində isə 17700 ABŞ dolları aşkar edilib”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
F.İsazadə