"LUKOIL–Azerbaijan" QSC 2 yanacaqdoldurma məntəqəsində (YDM) təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı tender elan edib. Bu barədə şirkətin elanında deyilir.
Tender 2 mərhələdə və 2 lot üzrə keçiriləcək.
1-ci lota 9 saylı YDM-də tikinti-quraşdırma və reklam işlərinin həyata keçirilməsi, 2-ci lota 13 saylı YDM-də tikinti-quraşdırma və reklam işlərinin həyata keçirilməsi daxildir.
Tender təklifləri 2018-ci il sentyabrın 4-dək qəbul olunur. Tender proseduru sentyabrın 5-də baş tutacaq.*
N.Abbasova