Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) arasında 2018-ci il iyunun 8-də imzalanan “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 1) üzrə $250 mln. məbləğində kreditin ayrılması haqqında saziş qüvvəyə minib.
Bankın saytında verilən məlumata görə, kredit sazişi iyukun 20-də qüvvəyə minib.
Beləliklə, Azərbaycan kredit vəsaiti əldə etmək üçün Asiya İnkişaf Bankına müraciət etmək hüququ əldə edib.
Kredit vəsaiti 12 il müddətinə və LIBOR+0.6 faiz dərəcəsi ilə ayrılır.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabrında bankın Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” üçün Azərbaycana $250 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib.
Proqramın əsas məqsədi dövlət sektorunda idarəçiliyin gücləndirilməsi və maliyyə sektorunun dərinləşdirilməsi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım edilməsindən ibarətdir. Proqramın reallaşdırılması vergi-büdcə planlaşdırılmasını yaxşılaşdırmağa, iqtisadiyyatı şaxələndirməyə imkan yaradacaq.
Proqrama iki altproqram daxildir. Onların 2020-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulur. **
A.Əzizov