Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinalında Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
““Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar”, - deyə məlumatda bildirilir.*
F.İsazadə