“SOCAR Turkey Enerji” 2019-cu ilin iyun ayında Türkiyədə yeni neft-kimya kompleksinin tikintisi üzrə işlərə başlamağı planlaşdırır. Bunu “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov deyib.
“2019-cu ilin aprel ayında Türkiyədə yeni neft-kimya kompleksinin tikinti layihəsinin texniki-iqtisadi əsaslandırılması üzərində işi başa çatdırmağı nəzərdə tuturuq. Həmin kompleksin gələn ilin iyun ayında istifadəyə verilməsi planlaşdırılır. Bu, iri həcmdə investisiyalar olacaq. Biz 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində yeni kompleksdə məhsul istehsalının başlanmasını nəzərdə tuturuq”, - Z.Qəhrəmanov Türkiyənin “Anadolu” agentliyinə məlumat verib.
O, həmçinin qeyd edib ki, zavod SOCAR-ın İzmirdə fəaliyyət göstərən istehsalatları ilə yanaşı Əliağa adasında inşa ediləcək.
Z.Qəhrəmanovun sözlərinə görə, yeni kompleks Türkiyəyə “neft-kimya məhsullarının idxalını 40% azatlmağa” imkan yaradacaq. **
N.Abbasova