“McKinsey & Company (Azerbaijan), INC” Vergilər Nazirliyinin məsləhətçisi oldu. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilir.
“Vergilər Nazirliyi “McKinsey & Company (Azerbaijan), INC” şirkətini ekspert məsləhətçiqismində cəlb edib”, - nazirlikdən bildiriblər.
Tərəflər arasında imzalanan müqavilənin dəyəri 1,5 mln. manatdır.
“McKinsey & Company” - strateji idarəçilik ilə bağlı məsələlərin həlluində ixtisaslaşan beynəlxalq konsaltinq şirkətidir. Məsləhətçi qismində şirkət dünyanın iri şirkətləri, dövlət idarələri və qeyri-kommersiya təkilatları ilə əməkdaşlıq edir.
Şirkət dünyanın 60-dan çox ölkəsində 111 ofisə malikdir. **
A.Əzizov