Sentyabrın 6-da "Unibank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Səhmdarlar İdarə Heyətinin tərkibində dəyişiklikləri təsdiq etməlidir”, - kredit təşkilatından qeyd olunub.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları AYİB (44,4748%), Eldar Qəribov (41,9091%), fiziki şəxslər (6,0157%), hüquqi şəxslərdir (7,6004%).
Bankın nizamnamə kapitalı 125 mln. 686 min 355,68 manata bərabərdir. Kapital bir qiymətli kağız üşün nominalı 2,72 manat olan 46 mln. 208,219 min səhmə bölünüb. **
A.Əzizov