Azərbaycanın ABŞ-dakı səfirliyi avtomobillərin alqı-satqısı zamanı iri məbləğdə dələduzluqda ittiham edilən Azərbaycan vətəndaşlarının FederalTəhqiqatBürosu tərəfindən saxlanılması məsələsini araşdırır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
“Azərbaycan vətəndaşlarının ABŞ-da saxlanılmasına dair rəsmi məlumatımız yoxdur. İlk növbədə, onların vətəndaşlıq məsələsini öyrənmək lazımdır. Bu səbəbdən, təbii ki, səfirlik qeyd olunan məsələni araşdırır”, - H.Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin gələcək addımları saxlanılanlar barədə yeni məlumat daxil olduğu zaman asılıdır.
İyul ayının sonunda KİV-in məlumatına əsasən, ABŞ-da avtomobillərin alqı-satqısı zamanı iri məbləğdə dələduzluqda ittiham olunan bir neçə dövlətin vətəndaşları (25 nəfər) saxlanılıb. Cinayətkar dəstəyə Qazaxıstan, Rusiya, Gürcüstan, Azərbaycan, Latviya, Ukrayna, ABŞ və Türkiyə vətəndaşları daxildir. **
F.İsazadə