Azərbaycan Silahlı Qüvvələrin tank bölmələri döyüş hazırlığının yüksəldilməsi məqsədilə intensiv məşğələlərə başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Tank hərbi hissə və bölmələri şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və hərtərəfli praktiki vərdişlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət üzrə intensiv məşğələlərə başlayıblar”, - məlumatda deyilir.
Qeyd olunur ki, məşğələlər yeni tədris dövründə qoşunların hazırlıq planına əsasən keçirilir. **
F.İsazadə