Azərbaycan prezidenti İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə 13,5 mln. manat vəsaiti Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayırmağı tapşırıb.
Qeyd olunan vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Çərşənbə axşamı dövlət başçısının saytında Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
İ.Əliyevin sərəncamı dərc olunub. **
F.İsazadə